İki uşaq anasını cərəyan vurması nəticəsində ölüb

media-hightechnic-468x90

1fabd071-ea48-4da8-a396-f3cfac7f4827_292Bu gün səhər saatlarında Şəmkir rayonunun Sabirkənd kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, 27 yaşlı kənd sakini Jalə Bayramova vanna otağında uşaqlarını çimizdirərkən ehtiyatsız davranıb və nəticədə onu elektrik cərəyanı vurub.

Zərərçəkən hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunması üçün Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, mərhumun iki azyaşlı övladı var.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600