!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlahiyyat İnstitutunda məzunlarla görüş keçirildi - FOTO

!Reklam – Yazi

Azərbaycan İlahiyyat İnstitutunda BDU-nun İlahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsini müxtəlif illərdə bitirmiş məzunların iştirakı ilə keçirilən görüşü əlamətdar hadisə adlandırıb. Onları bir arada görməkdən məmnunluğunu ifadə edən rektor vaxtilə İlahiyyat fakültəsində təhsil alan gənclərin hazırda dövlət qurumlarında, qeyri-hökümət təşkilatlarında və özəl şirkətlərdə peşəkar kadr kimi müxtəlif vəzifələrdə çalışdığını bildirib.

Aİİ rəhbəri Azərbaycanda din sahəsinə böyük diqqət və qayğı göstərildiyini, bu siyasətin əsasının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin siyasəti hazırda böyük uzaqgörənliklə və uğurla davam etdirdiyini vurğulayıb. Ölkəmizdə bir çox dini ibadət ocaqlarının təmir və bərpa olunduğunu, yeni dini təhsil müəssisələrinin yaradıldığını, dini icmalara mütəmadi olaraq maliyyə vəsaiti ayrıldığını, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə məqsədyönlü işlər gördüyü və uğurlu layihələrə imza atdığını diqqətə çatdırıb.

C.Məmmədov çıxışına davam edərək, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun ilahiyyat üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi olduğunu, müvafiq Sərəncama əsasən, Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edildiyini vurğulayıb. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.

C.Məmmədov İlahiyat fakültəsinin məzunlarının gələcəkdə İnstitut həyatında yaxından iştirak edərək,bu ali təhsil ocağında keçirilən layihələrə dəstək olacaqlarına, həmçinin tələbələrin müxtəlif müəssisələrdə təcrübə keçmələri və işlə təmin olunmaları üçün mümkün şərait yaradacaqlarına ümidvarlığını ifadə edib.

İlahiyyat fakültəsinin 2004-cü il məzunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında bildirib ki, Azərbaycanda dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Prezident İlham Əliyevin Azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxladığının göstəricisidir.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov məruzəsində Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını ölkə rəhbərliyinin milli dəyərlərimizə göstərdiyi diqqətin bariz nümunəsi adlandırıb. O bildirib ki, məzun olaraq borcumuz İlahiyyat İnstitutuna dəstək olmaq, ali təhsil müəssisəsinin qarşısına qoyduğu məqsədlərin həyata vəsiqə qazanmasında əlimizdən gələn səyi əsirgəməməkdir.

1995-2000-ci illərdə İlahiyyat fakültəsində oxumuş Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov vurğulayıb ki, Aİİ-nin hazırlayacağı kadrlar milli-mənəvi dəyərlərimizin qorunmasına, xalqımızın əsrlərin sınağından süzülüb-gələn mental ənənələrinin mühafizəsinə layiqli töhfələrini verəcəklər.

“Şəms” Tərcümə Mərkəzinin direktoru Nəsimi Həsənov məzunlarla bir arada olmaqdan məmnunluğunu ifadə edib. Belə görüşlərin hər il təşkil olunmasının vacibliyini qeyd edərək, hər bir məzunun Aİİ-yə dəstək olmağa hazır olduğunu vurğulayıb.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər dini radikalizmə qarşı mübarizədə, milli-mənəvi və dini dəyərlərin qorunması istiqamətində ilahiyyatçıların danılmaz rolunu qeyd edərək, Aİİ-nin maarifləndirmə işinin təşkilində mühüm işlərə imza atacağına ümidvar olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

www.yenicag.az

4160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv