!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev: “Azərbaycan türkdilli ölkələrə investisiyaları təmin edir”

!Reklam – Yazi

109384_res_01“Azərbaycan qonşu ölkələrə, türkdilli dövlətlərə investisiyaları təmin edir və bizim ölkəyə də investisiyalar qoyulur”.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bunu zərbaycan prezidenti İlham Əliyev Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində çıxışı zaman deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Qazaxıstan və Türkmənistan üçün artıq tranzit ölkəyə çevrilib: “Həm enerji daşıyıcıları, həm digər yüklər Azərbaycan ərazisindən keçir. Nəqliyyat təhlükəsizliyi Şuraya üzv olan hər bir ölkə üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan çalışır ki, müasir infrastrukturun yaradılması ilə bu işə töhfəsini versin. Hazırda Bakıda yeni böyük Beynəlxalq Dəniz Ticarəti Limanı inşa edilir. Bu limanın ümumi yükaşırma qabiliyyəti 25 milyon tona bərabər olacaq”.

Eyni zamanda Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin davam etdiyini deyən İ. Əliyev əminliyini ifadə edib ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yaxın aylarda yerinə yetirəcək.

“Bu dəmir yolu əslində Asiyanı Avropa ilə birləşdirən dəmir yoludur. Qeyd etməliyəm ki, keçən ay Çindən Qazaxıstan ərazisindən Azərbaycana birinci sınaq konteyner qatarı da yola salınıb və hesab edirəm ki, artıq bu birinci addım çox uğurlu olub. Əminəm ki, Bakı-Tiflis-Qars dəmir yolunun inşası başa çatandan sonra on milyonlarla yeni yük bizim ərazimizdən keçəcək və beləliklə, həm iqtisadi, həm siyasi maraqlarımızı təmin edəcək. Bir sözlə, əziz dostlar, əməkdaşlıq üçün kifayət qədər geniş imkanlar var. Enerji təhlükəsizliyi məsələləri də xüsusi əhəmiyyət daşıyır. Bu gün hər bir ölkənin təhlükəsizliyi, o cümlədən və bəlkə də ilk növbədə enerji təhlükəsizliyi ilə bağlıdır. Burada da artıq çoxformatlı əməkdaşlıq yaranıb. Azərbaycan, Qazaxıstan, Türkmənistan Xəzər dənizində uğurlu fəaliyyət göstərirlər. Eyni zamanda, bizim əsas ixrac yollarımız Türkiyə ərazisindən keçir və beləliklə, bu amillər bizi bir-birimizlə daha da sıx bağlayır”, – deyə o vurğulayıb.

www.yenicag.az

668
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv