!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Belarusun baş nazirinin müavinini qəbul edib

!Reklam – Yazi

142659_res_01Azərbaycan Prezidenti İlham Əliyev mayın 19-da Belarusun baş nazirinin müavini Mixail Rusıyı qəbul edib.

Bakıda keçirilən “Caspian Agro-2016” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisindən danışan dövlət başçısı Belarusun bu sərgidə həmişəki kimi uğurla təmsil olunacağına, öz potensial və imkanlarını layiqli şəkildə nümayiş etdirəcəyinə əminliyini ifadə edib. Ölkədə kənd təsərrüfatının fəal inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Belarus tərəfinin sərgidə nümayiş etdirəcəyi məhsulların Azərbaycanın müvafiq qurumlarının marağına səbəb olacağına əminliyini bildirib. Dövlət başçısı ölkədə kənd təsərrüfatının fəal şəkildə inkişaf etdirilməsi planları ilə əlaqədar olaraq bu sahədə istifadə edilən texnikaya tələbatın getdikcə artacağını vurğulayıb. Qısa zaman ərzində ölkədə Belarus Respublikası ilə kənd təsərrüfatı sahəsində uğurlu layihə həyata keçirdiyini bildirən Prezident İlham Əliyev birgə istehsal edilən məhsulların artıq ixrac olunduğunu deyib.

Ölkəsinin Azərbaycan ilə kənd təsərrüfatı sahəsində uğurlu əməkdaşlıq etdiyini bildirən Belarus baş nazirinin müavini Mixail Rusıy Bakıya səfərinin iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrinə dair məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını vurğulayıb.

İki ölkə arasında kənd təsərrüfatı sahəsində çox işlərin görüldüyünü deyən Mixail Rusıy “Caspian Agro-2016” sərgisində təkcə Belarus istehsalı olan texnikanın deyil, eləcə də Belarus-Azərbaycan birgə məhsullarının nümayiş etdirildiyini məmnunluqla qeyd edib. Baş nazirin müavini Azərbaycanın kənd təsərrüfatı sahəsində qarşıya qoyduğu məqsədlərlə yaxından tanış olduğunu deyib. Mixail Rusıy bildirib ki, Azərbaycan hökuməti qarşısına ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək və ixraca nail olmaq kimi çox vacib məqsədlər qoyub. Prezident İlham Əliyevin dəstəyi ilə bu il Azərbaycanın müəssisələrində 2 min traktor istehsal olunacağını deyən Belarus baş nazirinin müavini nəticədə ölkədə kənd təsərrüfatı maşınqayırması kimi tam bir sənaye sahəsinin yaradılmasının önəmini qeyd edib. Birgə istehsal olunan texnikanın üçüncü ölkələrə ixracı üçün Azərbaycanın yaxşı tərəfdaş olduğunu deyən M.Rusıy məhsulların artıq Gürcüstana ixracına başlanıldığını vurğuladı, gələcəkdə istehsal templərinin artacağına əminliyini bildirib.

Görüşdə müxtəlif sahələrdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

www.yenicag.az

721
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv