İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Nazirlər Kabinetinə üç ay müddətində:

– Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

– həmin qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihələrini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

– həmin qanunun 4.2-ci maddəsinə uyğun olaraq, ətraf mühitə təsirin, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsinin aparılması qaydasını və müddətini Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

– həmin qanunun 4.15-ci maddəsinə uyğun olaraq, ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin ixtisas attestatının formasını və attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi qaydasını, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

– həmin qanunun 8.2-ci maddəsinə uyğun olaraq, strateji ekoloji qiymətləndirmənin aparılması qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

– həmin qanunun 17.1-ci maddəsinə uyğun olaraq, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

– Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin;

– mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin;

– həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Müəyyən edilir ki, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun 4.2-ci maddəsində, 4.3-cü maddəsinin ikinci cümləsində, 4.4-cü maddəsinin birinci cümləsində, 4.5 – 4.7-ci, 4.12 – 4.15-ci, 4.18-ci, 4.20-ci maddələrində, 7.3-cü və 7.4-cü maddələrinin birinci cümlələrində, 8.1-ci (hər iki halda), 8.2-ci maddələrində, 8.3-cü maddəsinin ikinci cümləsində, 8.4-cü, 8.6-cı, 8.7-ci, 12.1.9-cu, 12.2.1-ci, 12.2.3 – 12.2.5-ci, 13.1.3-cü, 13.2.1-ci, 17.1-ci və 17.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirir; həmin qanunun 4.2-ci, 4.15-ci, 8.2-ci və 17.1-ci maddələrində “orqan (qurum)” dedikdə Nazirlər Kabineti nəzərdə tutulur; həmin qanunun 4.3-cü maddəsinin ikinci cümləsində, 4.4-cü maddəsinin birinci cümləsində, 4.5-ci, 4.12 – 4.14-cü, 4.18-ci, 4.20-ci maddələrində, 7.3-cü maddəsinin birinci cümləsində, 7.4-cü maddəsinin birinci cümləsində, 8.1-ci (hər iki halda) maddəsində, 8.3-cü maddəsinin ikinci cümləsində, 8.4-cü, 8.6-cı, 8.7-ci, 12.1.9-cu, 12.2.1-ci, 12.2.3 – 12.2.5-ci, 13.1.3-cü, 13.2.1-ci və 17.2-ci maddələrində “orqan (qurum)” dedikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur; həmin qanunun 4.6-cı maddəsində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur; həmin qanunun 4.7-ci maddəsində “orqan (qurum)” dedikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, müalicə-sağlamlaşdırma yerləri və kurortlara münasibətdə isə həmçinin Səhiyyə Nazirliyi nəzərdə tutulur.

COP29