Prezident Finlandiyanın xanım nazirini qəbul etdi – Yenicag.Az

Reklam

Reklam

Azərbaycan prezidenti İlham Əliyev Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yenicag.az-ın xəbərinə görə, dövlət başçısı Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin Azərbaycana səfərinin iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq, o cümlədən ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi və bunun üçün geniş potensialın mövcud olduğunu vurğulayıb. Prezident İlham Əliyev nəqliyyat dəhlizi sahəsində də əməkdaşlığın önəm daşıdığını bildirərək qeyd edib ki, Azərbaycan hazırda tərəfdaş və qonşu ölkələr arasında nəqliyyat bağlantısının yaradılması işinə fəal sürətdə investisiya qoyur və ölkəmiz mühüm Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinə çevrilməkdədir. Şimal-Cənub nəqliyyat layihəsinin uğurlu icrasına başlanıb. Azərbaycan bu sahəyə böyük həcmdə sərmayə qoyur. Dövlət başçısı iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından biznes sahəsində fəallığın artırılmasının vacibliyini də qeyd edib. Azərbaycanda Finlandiyanın bir neçə şirkətinin çalışmasına toxunan Prezident İlham Əliyev bu şirkətlərin sayının daha da artırılmasının mümkün olduğunu deyib və bildirib ki, Azərbaycanın iqtisadi inkişafı, perspektiv planlar, güclü iqtisadi infrastruktur digər xarici şirkətlər kimi, Finlandiya şirkətlərinin də iqtisadiyyatımızın müxtəlif sahələrində fəal çalışmaları üçün yaxşı imkanlar yaradır.

Xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleynin Finlandiya Prezidenti Sauli Niinistönün salamlarını dövlət başçısına çatdırıb. Qonaq Azərbaycan Prezidenti ilə Finlandiya Prezidentinin Davosda keçirilən görüşünün məmnunluqla xatırlandığını bildirib. Finlandiyanın xarici ticarət və inkişaf naziri ölkəmizə səfər proqramının çox məzmunlu olduğunu deyərək, səfər zamanı məhsuldar görüşlər keçirəcəyinə ümidvar olduğunu söyləyib. O, Bakının gözəlliyinin nümayəndə heyəti üzvlərində böyük təəssürat doğurduğunu qeyd edib və paytaxtda tarixi arxitektura abidələrinin müasir binalarla gözəl vəhdət təşkil etdiyini vurğulayıb. Xanım Anne-Mari Viroleynin bildirdi ki, ölkələrimiz ümumi tarixə malikdirlər və Azərbaycan ilə Finlandiya arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var.

Görüşdə ölkələrimiz arasında energetika, tranzit, peşə təhsili, infrastruktur layihələrində Finlandiya şirkətlərinin iştirakı, iş adamları arasında ticarət əlaqələrinin artırılması, sərmayə qoyuluşu, ekologiya və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Finlandiya Prezidenti Sauli Niinistönün salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Finlandiya Prezidentinə çatdırmağı xahiş edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 566
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."