Prezident Goranboya getdi

Prezident İlham Əliyev Goranboyda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Yenicag.az xəbər verir ki, dövlət başçısı Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Goranboy rayonunda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında iştirak edib.

Dövlət başçısına yolun inşası ilə bağlı görülən işlər barədə məlumat verilib.