İlham Əliyev İrəvandan Avropaya mesaj verdi – Aqil Ələsgər çıxışdakı kritik detallardan yazdı

media-hightechnic-468x90

Prezident İlham Əliyevin İrəvandan səslənən çıxışı təkcə diplomatik ritorika deyildi. Bu, yeni reallıqları qəbul etmək istəməyənlərə ünvanlanmış açıq siyasi manifest idi.

media-banner_tkm

Bir zamanlar qarşıdurmanın simvolu olan coğrafiyadan bu gün sülhün şərtlərini diktə edən tərəfin Azərbaycan olması, regionda güc balansının necə dəyişdiyini bütün çılpaqlığı ilə ortaya qoydu. Bu, sadəcə çıxış deyil, həm də “oyunun qaydaları dəyişib və onu dəyişən mənəm” mesajı idi.

Prezidentin “biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik” fikri bu yeni mərhələnin həm reallığını, həm də həssaslığını ifadə edir.

Amma bu cümlənin arxasında daha böyük həqiqət dayanır: Azərbaycan artıq sülhü gözləyən yox, onu quran və istiqamət verən aktordur. Vaşinqtonda imzalanan Birgə Bəyannaməyə toxunaraq beynəlxalq legitimliyi ön plana çıxarması isə bu siyasətin təsadüfi deyil, sistemli şəkildə qurulduğunu göstərir.

Rəqəmlər isə bu siyasətin ən sərt arqumentidir. “28 min ton yükün tranziti”, “12 min ton neft məhsulunun ixracı” – bunlar sadəcə statistika deyil, sülhün iqtisadi anatomiyasıdır. Dünənə qədər blokada və qarşıdurma ilə xatırlanan münasibətlərin bu gün real ticarətə çevrilməsi Azərbaycanın yaratdığı yeni geosiyasi mühitin nəticəsidir. Bu, ritorikanın yox, iradənin qələbəsidir.

Eyni zamanda, çıxışın ən kəskin xətti Avropaya ünvanlanan mesajlarda özünü göstərdi. Prezident açıq şəkildə bildirdi ki, “ikili standartlar qəbuledilməzdir”.

Bu, diplomatik dillə deyilən adi cümlə deyil, bu, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi qurumlara yönəlmiş siyasi ultimatumun yumşaq formasıdır.

“Beş il ərzində 14 qətnamə aludəçilikdir” ifadəsi isə artıq tənqiddən çox, açıq ittihamdır. Mesaj aydındır: Azərbaycanı təzyiq alətinə çevirmək cəhdləri nəticəsiz qalacaq.

Burada əsas məqam ondan ibarətdir ki, Bakı artıq müdafiə olunan tərəf deyil. Azərbaycan bu gün həm regionda sülh gündəliyini formalaşdırır, həm də qlobal platformalarda öz sözünü diktə edir. Avropaya verilən mesaj isə kifayət qədər sərtdir: ya obyektiv və ədalətli yanaşma, ya da münasibətlərdə yeni reallıqlar.

Çıxışın sonunda baş nazir Nikol Paşinyana ünvanlanan təbrik isə bu sərt ritorikanın içində incə diplomatik balansı qoruyur. “Prosesə mane olmaq istəyən tərəflər” ifadəsi isə açıq xəbərdarlıqdır – sülh var, amma onu pozmaq istəyənlər də var və Azərbaycan bunu görür.

Qısacası, sözlərin arxasında güc, arqumentlərin arxasında isə reallıq dayanırdı. Azərbaycan bu gün sadəcə danışmır, oyunu qurur, qaydaları müəyyən edir və hər kəsə öz yerini xatırladır.

Aqil Ələsgər

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05