İlham Əliyev Lukaşenkonu təbrik etdi

media-hightechnic-468x90

36095Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib.

Təbrik məktubunda deyilir: “Belarus Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sevindirici haldır ki, qardaş Belarus sosial-iqtisadi inkişaf, ölkədə asayişin və qanunçuluğun bərqərar edilməsi sahəsində sanballı uğurlar qazanıb.

Əminəm ki, Azərbaycan ilə Belarus arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, xalqlarımızın və ölkələrimizin tərəqqisi naminə hərtərəfli əməkdaşlığımızın və çoxşaxəli qarşılıqlı fəaliyyətimizin dinamik və konstruktiv inkişafına yönələn birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Belarus xalqına isə sülh və firavanlıq arzu edirəm”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa