İlham Əliyev “nidaçı”-ları əfv etdi

media-hightechnic-468x90

61608Bu gün Azərbaycan prezidenti məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə Müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq imzalanıb.

***

Yaxın saatlarda açıqlanacaq siyahıda prezident İlham Əliyevə əfv olunmaq üçün müraciət etmiş bir çox tanınmış şəxslərin, o cümlədən Nidaçı gənclərin adı var. Əfvin icrasına sabahdan başlanılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600