İlham Əliyev qalibləri mükafatlandırdı-Fotolar

media-hightechnic-468x90

98025Xəbər verdiyimiz kimi, Bulvar otelində Avropa Oyunlarının yekunlarına həsr olunan tədbir keçirilir.

Prezident İlham Əliyev ilk Avropa Oyunlarında qalib gələn idmançıları da mükafatlandırıb. Belə ki, yarışda qızıl medal qazanan idmançılar “Şöhrət”, bürünc medal sahibləri isə “Tərəqqi” medalına layiq görülüb.

Oyunlarda qızıl medal qazanan karateçimiz Firdovsi Fərzəliyev və cüdoçumuz Ayxan Tağızadə, İlahə Qasımova və bürünc medalçılarımız Niyazi Əliyev, Elman Muxtarov onlara təqdim edilən mükafatları instagram hesablarında paylaşıblar.

Qeyd edək ki, yarışların qaliblərinə pul mükafatları da nəzərdə tutulub.

***

Prezident həmçinin Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Babayev Nazim Tahir oğlu, İbrahimov Hayle Desta və Məcidov Məhəmmədrəsul Yusupoviçi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600