Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlham Əliyev qəbullar keçirdi - FOTO

Reklam: Sinerji Pro

Təhsil naziri Ceyhun Bayramovun dəvəti ilə Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Yekta Saraç Azərbaycanda səfərdə olub.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, səfərin birinci günü qonaqlar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb, həmçinin Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib.

Daha sonra Yekta Saraç rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Azərbaycan Dillər Universiteti tərəfindən təşkil edilən tədbirdə iştirak edib. Tədbirdə Yekta Saraça “Universitetin Fəxri Doktoru” adı verilib.

Tədbirdən sonra Təhsil naziri Ceyhun Bayramov ilə Ali Təhsil Şurasının sədri Yekta Saraç arasında ikitərəfli görüş keçirilib. Görüşdə “Azərbaycanın Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”na istinad edilərək iki ölkənin ali təhsil müəssisələri arasında sıx əlaqələrin olduğu vurğulanıb, bu əlaqələri daha da genişləndirmək məqsədilə ali təhsil sahəsində hər iki ölkənin mövcud problemləri və gələcək inkişaf perspektivləri müzakirə edilib, əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş tədbirdə çıxış edən YÖK sədri tədbirə dəvət üçün təşəkkürünü bildirib, BDU-nun Azərbaycan-Türkiyə ali təhsil müəssisələri arasında əlaqələrin qurulmasında rolunu xüsusi vurğulayıb və ali təhsil müəssisəsinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

***

İlham Əliyev noyabrın 26-da NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

***

İlham Əliyev noyabrın 26-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

 

www.yenicag.az

730
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100