İlham Əliyev sərəncam imzaladı

media-hightechnic-468x90

ilham44498(1)Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 24-cü ildönümü ilə əlaqədar dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə aşağıdakı şəxslər təltif edilib:

“Vətən uğrunda” medalı ilə

Məmmədov İlqar Aydın oğlu – general-mayor.

“İgidliyə görə” medalı ilə

Səmədov Aqşin İnqilab oğlu – leytenant (ölümündən sonra)
Hacıyev Faiq Qədir oğlu – çavuş (ölümündən sonra)
Hüseynov Saleh İsi oğlu – əsgər (ölümündən sonra).

“Hərbi xidmətlərə görə” medalı ilə

Daşdəmirov Çingiz Əli oğlu – polkovnik
İlmazov Əhliman Xalid oğlu – polkovnik
Məmmədov Şahin İbrahim oğlu – polkovnik
Əliyev Rəhman Hüseyin oğlu – polkovnik-leytenant
Hüseynov Mübariz Afiq oğlu – polkovnik-leytenant
İbrahimov Afər Xamməd oğlu – polkovnik-leytenant
Məmmədov Yusif Miryaqub oğlu – polkovnik-leytenant
Mustafayev Rafət Komsomol oğlu – polkovnik-leytenant
Paşayev Səməd Hafiz oğlu – polkovnik-leytenant
Səmədov Səbuhi Azad oğlu – polkovnik-leytenant
Yusubov Şiraslan Musa oğlu – polkovnik-leytenant
Əsədov Ziya Ramiz oğlu – mayor
İmanov Vidadi İman oğlu – mayor
Qəhrəmanov Hikmət Həsrət oğlu – mayor
Məmmədov Müşfiq Qəşəm oğlu – mayor
Staritskiy Vyaçeslav İqoreviç – mayor
Tağıyev Sadiq Feyruz oğlu – mayor
Zeynalov Müşviq Sovet oğlu – mayor
Hüseynov Emin Elçin oğlu – kapitan
Xəlilov Təbriz Müslüm oğlu – baş leytenant
Məmmədov Rəşad Əşrəf oğlu – baş leytenant.

media-ziraat-728x90

İlham Əliyev sərəncam imzaladı

media-hightechnic-468x90

Ilham Eliyev 1903012Yenicag aznews-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, 2015-ci ilin avqust ayında Azərbaycanın xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 90 illiyi tamam olur.

Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi.

Prezident milli ədəbi fikrin inkişafına dəyərli töhfələr bəxş etmiş xalq şairi Bəxtiyar Vahabzadənin 90 illiyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıb ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600