Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlham Əliyev və xanımının Ağdam Cümə məscidi ziyarətində İNCƏ MƏQAM - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev noyabrın 23-də işğaldan azad edilmiş Ağdam şəhərində Azərbaycan bayrağını ucaldıb.

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmçinin Ağdam Cümə məscidini ziyarət edib.

“Yeni Çağ” Media Qrupunun direktoru Aqil Ələsgər bu ziyarətdə maraqlı bir məqama diqqət çəkib:

Ermənilər bu məscidi axıra çevirmişdilər və görünən odur ki, yerlər təmizlənsə də, hələ təmir olunmalıdır və yeri xalı ilə örtülməyib.

Yəni, bu halda ayaqqabı ilə ziyarəti belə hər kəs alqışlayardı.

Ancaq həm prezident, həm xanımı məhz milli-dini dəyərlərimizə sayğı əlaməti olaraq, məscidə ayaqqabısız daxil olublar. Bu bir daha göstərir ki, əksər məmurlardan fərqli olaraq, Azərbaycan Prezidenti və Xanımı bu xalqın mental dəyərlərini bilir və onlara əməl etməyi özlərinə borc bilirlər.

www.yenicag.az

2241