!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Yaponiyanın dövlət nazirini qəbul edib

!Reklam – Yazi

8e2e85bc3b7a125d383f81c62e5d942fAzərbaycan prezidenti İlham Əliyev Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanla Yaponiya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı A. Amarinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin bu əlaqələrin inkişafı istiqamətində yeni addım olacağına və əməkdaşlıqla bağlı imkanların araşdırılması baxımından yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib.

Azərbaycan prezidenti qeyd edib ki, ölkəmizin dostu olan A. Amarinin Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupuna rəhbərlik etməsi və Azərbaycanda gedən işlərlə yaxından tanış olması önəmlidir. Dövlət başçısı nümayəndə heyətinin tərkibində böyük şirkətləri təmsil edən iş adamlarının olmasını da məmnunluqla qeyd edib.b Prezident İlham Əliyev Yaponiya şirkətlərinin ölkəmizdə uzun illər çox uğurla fəaliyyət göstərmələrinin, xüsusilə energetika sektoruna böyük sərmayələr yatırılmasının və eyni zamanda, Yaponiya kreditləri hesabına Azərbaycanda bir çox mühüm layihələrin icra olunmasının əhəmiyyətini vurğulayıb.

A. Amari isə prezident İlham Əliyevlə sonuncu dəfə 2006-cı ilin martında dövlət başçısının Yaponiyaya səfəri zamanı görüşdüyünü məmnunluqla xatırlayıb. O, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi özünün ölkəmizə 11 il əvvəl səfər etdiyini və ötən dövr ərzində sanki yeni bir şəhərə düşdüyünü vurğulayıb, bütün bu nailiyyətləri prezident İlham Əliyevin uğurlu rəhbərliyinin nəticəsi kimi dəyərləndirib. Yaponiya baş nazirinin müavini, keçmiş baş nazir Taro Asonun ölkəmizə səfərinə toxunan A. Amari bunları deyib: “Taro Aso Azərbaycana səfərindən sonra mənimlə görüşdü və Azərbaycanın nə qədər inkişaf etdiyini, Yaponiya ilə əlaqələrə nə qədər böyük önəm verdiyini bildirdi. Mən Azərbaycanla Yaponiya arasında münasibətlərin inkişaf etdirilməsinin vacibliyini bir daha dərk etdim”.

Görüşdə Azərbaycanla Yaponiya arasında əməkdaşlığın enerji, neft-kimya, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv