!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatdı - FOTO

!Reklam – Yazi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva ilə görüşü olub.

Yenicag.az xəbər verir ki, dövlət başçısı Zimbabve Prezidentini qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Daha sonra dövlət başçılarının görüşü olub.

 

***

Azərbaycan Prezidenti İlham Əliyev deyib:

“Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Əminəm ki, səfəriniz çox məhsuldar keçəcək və tərəfdaşlığımızın gücləndirilməsi üçün imkanlar yaradacaq. Bu, Zimbabve Prezidentinin Azərbaycana ilk səfəridir, odur ki, bu, tarixi səfərdir. Əminəm ki, məhsuldar müzakirələr zamanı biz əməkdaşlığımızın çox mühüm sahələrini müəyyən edəcəyik. Biz ticarət münasibətlərimizin genişləndirilməsi üçün imkanları, həmçinin siyası sahədə qarşılıqlı fəaliyyətimizə aid məsələləri nəzərdən keçirəcəyik.

Bilirəm ki, gəlişiniz çərçivəsində Siz bir neçə ölkəyə səfər edirsiniz. Çox şadam ki, Azərbaycan da Sizin səfər etdiyiniz ölkələrdən biridir. Bu, Sizin ölkəmizə və münasibətlərimizə verdiyiniz önəmin göstəricisidir. Biz də öz növbəmizdə, ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək istəyirik. Əlbəttə ki, Sizin səfəriniz də bu münasibətlərin inkişafı üçün məsələlərin müzakirəsi baxımından çox əla imkandır. Bir daha Azərbaycana xoş gəlmisiniz”.

Zimbabve Prezidenti Emmerson Mnanqaqva deyib:

“Çox sağ olun Zati-aliləri. Buraya gəldiyimizdən bəri bizim çox səmimi qarşılandığımız üçün Sizə nümayəndə heyəti adından təşəkkürümü bildirmək istəyirəm. Sizin çox gözəl ölkəniz var. Biz ilk dəfədir ki, sizin ölkənizə səfər edirik. Azərbaycanda artıq şahidi olduğumuz inkişaf və infrastruktur səviyyəsi bizə çox güclü təsir bağışlayıb. Bizim arzumuz iki ölkə arasında qarşılıqlı siyasi münasibətlərin qurulmasından ibarətdir. Lakin xüsusilə biz iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etmək, həmçinin əməkdaşlıq aparılacaq digər sahələri və ölkələrimiz arasında ticarətin aparılacağı sahələri tədqiq etmək istəyirik”.

x x x

Sonra dövlət başçıları birgə nahar ediblər.

***

Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın Azərbaycana işgüzar səfəri yanvarın 19-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Zimbabve Prezidenti Emmerson Mnanqaqvanı hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.

www.yenicag.az

3627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv