İlham Əliyevə Fəxri Professor adı verilib

media-hightechnic-468x90

8-mart-prezident-tebrikHəştərxan Dövlət Universitetində (HDU) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bu ali məktəbin Fəxri Professoru adı verilməsinə həsr edilmiş mətbuat konfransı keçirilib.

media-banner_tuq

Azərbaycan Prezidenti İlham Əliyevin təhsil sahəsində Azərbaycanla Həştərxan vilayəti arasında fəal inkişaf etməkdə olan qarşılıqlı əlaqələrə, Azərbaycanın Rusiya ilə, o cümlədən Həştərxan regionu ilə əlaqələrinin inkişafına verdiyi böyük töhfə nəzərə alınaraq HDU-nun Elmi Şurasının 24 oktyabr 2016-cı il tarixli iclasında ona bu ali məktəbin Fəxri Professoru adı verilməsi haqqında qərar qəbul edilib.

HDU-nun rektoru Aleksandr Lunyov bildirib ki, təhsil sahəsində əməkdaşlıq müasir mərhələdə Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında münasibətlərin inkişafında mühüm yer tutur. 200-dən çox Azərbaycan vətəndaşı HDU-da iqtisadiyyatın müxtəlif sahələri üzrə peşə hazırlığı keçir. Bundan əlavə, Rusiyadan olan 70-dən çox bakalavr və magistr Azərbaycan dilini xarici dil kimi öyrənməklə HDU-da təhsil alıb. Rektor daha sonra qeyd edib ki, Həştərxandan olan tələbələr Bakı Slavyan Universitetində və Azərbaycan Dillər Universitetində dil təcrübəsi keçirlər.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05