!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İlham Əliyevin bu müsahibəsi işğalçı Ermənistan və onun havadarları üçün “yol xəritəsi” olmalıdır” - Partiya sədri

!Reklam – Yazi

“Əl-Cəzirə” jurnalistinin suallarının əksəriyyəti obyektivlikdən və tərəfsizlikdən uzaq idi”.

Yenicag.az xəbər verir ki, bu fikirləri prezident İlham Əliyevin “Əl-Cəzirə” telekanalına müsahibəsində ifadə etdiyi mühüm məqamları dəyərləndirən Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.

MHP sədrinin sözlərinə görə, prezident İlham Əliyevin “Əl-Cəzirə” telekanalı jurnalistinin qərəzli suallarına verdiyi cavablar parlaq zəkanın və diplomatik ustalığın göstəricisidir:

“Prezident İlham Əliyevin oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsi dövlət başçısının xarici telekanallara verdiyi əvvəlki müsahibələrindən tamamilə fərqli səpkidə olması ilə diqqəti cəlb edir.

Belə ki, prezidentin bu müsahibəsi demək olar ki, tamamilə Qarabağda baş verən son proseslər üzərində qurulmuşdu. Daha doğrusu, “Əl-Cəzirə”nin müxbiri bütün suallarını məhz bu məsələyə həsr etmişdi.

Mən burada bir mühüm məqamı xüsusilə qeyd etmək istərdim ki, “Əl-Cəzirə” jurnalistinin suallarının əksəriyyəti obyektivlikdən və tərəfsizlikdən uzaq idi. Lakin İlham Əliyev həmin sualları kifayət qədər cəsarətlə və məntiqi əsaslarla, dolğun şəkildə cavablandırdı.

Mən dövlət başçımızın cavablarını uğurlu hesab edirəm və bu müsahibədə səsləndirilən bir neçə məqam üzərində xüsusilə dayanmaq istəyirəm.

Prezidentin Minsk qrupu həmsədrlərinin qeyri-obyektiv fəaliyyətinin qəbul edilməyəcəyi barədə fikri əslində, birbaşa Fransa prezidenti Emmanuel Makrona ünvanlanmışdı. Mən əminəm ki, İlham Əliyevin bu sözləri Fransanın rəhbəri üçün “soyuq duş” və ya siyasi sillə effekti verəcək.

Azərbaycan prezidenti daha sonra hərbi əməliyyatların dayandırılması haqda suala cavabında bildirdi ki, atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Prezident bir daha bəyan elədi ki, Ermənistanın işğalçı ordusu Qarabağdan çıxarılmalıdırlar.

Jurnalistin “xalqların öz müqəddəratını təyin etmək hüququ” ilə bağlı qərəzli sualına İlham Əliyevin verdiyi cavab parlaq zəkanın və diplomatik ustalığın göstəricisidir. Prezident qəti şəkildə bildirdi ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz.

Hesab edirəm ki, İlham Əliyevin “Əl-Cəzirə” telekanalına bu müsahibəsi həm beynəlxalq vasitəçilər, həm də Ermənistanın avantürist rəhbərliyi üçün proseslərin bundan sonra hansı məcrada inkişaf edəcəyi baxımından “yol xəritəsi” rolunu oynaya bilər. Əlbəttə, əgər onlar gerçəkdən də münaqişənin sülh yoluyla həllində maraqlıdırlarsa…

Əks təqdirdə isə, Qarabağ məsələsində son sözü səmərəsiz və qərəzli diplomatiya yox, Azərbaycan əsgəri deyəcək”.

Gülşən Şərif

www.yenicag.az

483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv