“İlham Əliyevin dövlətçilik sənəti tarixə düşməlidir” – İrlandiyalı politoloq
“Prezident İlham Əliyevin fəaliyyəti həm hərbi, həm də siyasi müstəvidə dövlətçilik sənətinin parlaq nümunəsi kimi tarixə düşməlidir. Son 5 ildə baş verən müxtəlif gedişatlara uyğunlaşaraq Azərbaycanın məqsədlərini minimum qan tökülməsi və dağıntı ilə reallaşdırmaq, funksional sülhün əsasını qoymaq onun mühüm uğurlarından biridir”.
Bunu Yenicag.az-a açıqlamasında irlandiyalı politoloq, tarixçi Patrik Uolş deyib.
O, xatırladıb ki, noyabr 2020-ci ildə müharibə məhdud qələbə ilə dayandırılmışdı:
“O zaman Xankəndini almağa cəhd etmək həmin qələbəni risk altına qoya bilərdi. Ya Rusiya müdaxilə edər, ya da Ermənistanın müqaviməti artardı. Bunun əvəzinə sonrakı proseslər, xüsusilə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda yaranan vəziyyət məharətlə dəyərləndirilərək 2023-cü ildə cəmi 23 saatlıq, dəqiq hədəflənmiş hərbi əməliyyatla azadlığın tam bərpasına nail olundu”.
Onun sözlərinə görə, bundan sonra Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi və onun “sülhyaradıcı” imicini möhkəmləndirmək istəyi 8 avqust razılaşmasının Vaşinqtonun vasitəçiliyi ilə əldə olunmasına imkan yaratdı:
“Beləliklə, 2020-ci ilin 44 günlük müharibəsində qazanılmış üstün mövqe ardıcıl və düzgün diplomatik gedişlərlə daha da möhkəmləndirildi. Tam sülh razılaşması hələ imzalanmasa da, 8 avqust tarixi bu istiqamətdə atılmış nəhəng addım oldu. Bu uğurun başlıca müəllifi isə Heydər Əliyevin qurduğu dövlətin möhkəm təməlləri üzərində müasir, güclü və funksional Azərbaycan yaradan İlham Əliyevin təcrübəli dövlətçilik bacarığıdır”.
Rafi Müslümov