İlham Əliyevin liderliyi ilə Cənubi Qafqazda SÜLHÜN BƏRPASI: Tarixi görüşün nəticələri nə ilə YADDA QALDI?

media-hightechnic-468x90

“Beynəlxalq səviyyədə bütün siyasi aktorların yeni reallıqları qəbul etməsi Azərbaycanın mövqeyini daha da gücləndirir”.

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.

media-refailbecanov1

O, Azərbaycanla təzyiq dilində danışmağa çalışanların bu gün qalib Prezident İlham Əliyevin diplomatik qələbəsi sayəsində regiona sülh gəlməsi və Azərbaycanın yaratdığı yeni reallığı qəbul etmək məcburiyyətində qalmasından danışıb.

Siyasi şərhçi bildirib ki, ABŞ-dəki görüş böyük və tarixi hadisə idi:

“Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə keçirilən görüş Azərbaycanın hərbi-siyasi, diplomatik uğurudur. Bütün dünya gördü ki, İlham Əliyevin liderliyi ilə Azərbaycan regional siyasətin ən böyük və güclü aktorlarından biridir”.

Onun sözlərinə görə, qalib Prezident olaraq İlham Əliyev dünyanın uzun müddət münaqişə davam edən regionlarından birinə sülh gətirdi:

“Etiraf etmək lazımdır ki, Cənubi Qafqazda davam edən bu münaqişə tarixinə görə dünyanın uzunmüddətli münaqişələrindən biri idi. Biz bunun son 30 ilindən danışırıq. Əslində, bu münaqişənin tarixi daha qədimdir. İndiyə qədər bunu sonlandırmaq, dayandırmaq mümkün olmamışdı. Müxtəlif əsrlərdə, illərdə bu münaqişə alovlanmış, bir müddət sonra səngimişdi, amma davam edirdi. Bu bir tarixi reallıqdır ki, İlham Əliyev ən uzunmüddətli münaqişə regionlarından biri olan Cənubi Qafqaza sülh gətirdi”.

Müsahibimizin fikrincə, artıq Cənubi Qafqaz sülh regionudur:

“Ona görə də düşünürəm ki, proseslər geri dönməz formada Birgə Bəyannamədə nəzərdə tutulan məsələlərin icrası ilə davam edəcək. ATƏT-in Minsk qrupu və onunla əlaqəli strukturların bağlanması, Zəngəzur dəhlizinin açılması, yəni “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun fəaliyyətə başlaması ilə nəqliyyat-kommunikasiya sahələrində tərəflər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirəcəklər”.

R. Becanovun fikrincə, münasibətlərin tənzimlənməsi və yekun sülh müqaviləsinin imzalanması əsas prioritet olaraq qalır:

“Razılaşmalara görə bu da sona çatdırılacaq. Baş tutan görüş, razılaşmaların miqyası o qədər böyükdür ki, həm regionda, həm də dünyanın geosiyasi xəritəsində yeni reallıqlar yaradır. Bu səbəbdən də bunun əleyhinə danışanlar, çıxış edənlər də olacaq. Lakin mövcud və düşünülmüş, regiona, dünyaya bəxş edilən yeni bir reallıq ortadadır və Azərbaycanla təzyiq dilində danışmağa çalışanlar da, regionda sülh və sabitliyin dayanıqlı olmasını istəməyənlər də bunu qəbul etmək məcburiyyətindədirlər”.

Həmsöhbətimiz sonda onu da bəyan edib ki, qazanılan diplomatik uğurlar bir daha göstərdi ki, Azərbaycanın son illərdəki mövqeyi onun yalnız hərbi güclə deyil, həm də diplomatik ustalıqla prosesi yekunlaşdırdığını təsdiqlədi:

“Beynəlxalq səviyyədə bütün siyasi aktorların bu yeni reallıqları qəbul etməsi Azərbaycanın mövqeyini daha da gücləndirir. Hər zaman olduğu kimi, Azərbaycan diplomatiyası milli maraqlar əsasında uğurlarını davam etdirir. Rəsmi Bakının bu uğurlu siyasəti davam etdirməsi şübhəsizdir”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa