Reklam

Reklam

Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya səfəri gözlənilir.

Yeniçağ.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov ilə görüşdə bildirib.

Məmmədyarov deyib ki, Rusiya və Azərbaycan bu il bir sıra səfərlər, o cümlədən yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlər təşkil etmək niyyətindədir.

“Düşünürük ki, Rusiyanın Baş naziri Dmitri Medvedev səviyyəsində Bakıya səfər baş tutacaq. Həmçinin Prezident İlham Əliyevin Moskvaya səfəri gözlənilir”.

Nazir qeyd edib ki, İlham Əliyevin Moskvaya səfərinin təşkili barədə Rusiya XİN başçısı Sergey Lavrovla danışıqlar zamanı müzakirə olunub, lakin dəqiq tarix məlum deyil.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 89
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."