!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyevin Putinə etirazının doğurduğu TƏKLİF: “Minsk qrupunda Rusiyanı Türkiyə əvəzləsin” - Keçmiş dövlət müşaviri

!Reklam – Yazi

“Tovuza hücum əməliyyatlarına da erməni hərbçilərlə yanaşı, Rusiyalı generallar da rəhbərlik ediblər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin Rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Tovuz döyüşlərinin gedişində Rusiyanın Ermənistana 400 ton silah göndərməsi ilə bağlı iradlarını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin fikrincə, Rusiyanın işğalçı Ermənistana yönəlik hərtərəfli dəstək siyasətinə sərt etiraz bildirməyin vaxtı çatıb:

“Azərbaycanın öz iradlarını ən yüksək Rusiyaya çatdırması çox vacib idi. Biz uzun müddətdir ki, yaxın qonşuluq münasibətlərinə əsaslanaraq, Rusiyanın yolverilməz əməllərinə qarşı etiraz səsimizi ucaltmırdıq. Artıq Rusiyanın gizlidən də yox, açıq şəkildə belə hərəkətlər etməsinə etirazımızı bildirməyin vaxtı gəlib. Prezident İlham Əliyev bunu etdi.

İyulun 12-də ermənilərin Tovuz istiqamətində hücumu zamanı Rusiya Qazaxıstan və Türkmənistan üzərindən keçərək, Ermənistana 400 ton silah-sursat göndərib. Həmin silahları iranlı “dostlarımız” Ermənistana yük maşınları vasitəsilə çatdırıblar. Bu, həqiqətən də, Azərbaycana qarşı çox böyük xəyanətdir.

Rusiya hələ Qarabağ probleminin həlli prosesində guya vasitəçidir, özünü Minsk qrupuna da dürtüb. Amma əslində, işğalçı dövləti dəstəkləməklə qalmayıb, işğal prosesinin də həyata keçirilməsində yaxından iştirak edib. Rusiya həmçinin isğalla bağlı danışıqlar prosesinin dondurulmasında həlledici rol oynamaqdadır.

Əgər bu gün danışıqlar prosesi irəliləmirsə, yerində sayırsa, bu, təkcə Ermənistanın başıboş rəhbərliyinin ağlı ilə bağlı deyil, bu həm də Rusiyanın yürütdüyü siyasətin nəticəsidir. Tovuza hücum əməliyyatlarına da erməni hərbçilərlə yanaşı, Rusiyalı generallar da rəhbərlik ediblər.

Guya onlar hərbi əməliyyatlar zamanı ordunun idarə edilməsi və ordu rəhbərliyinin birgə fəaliyyəti barədə razılığa gəliblər. Razılığa gəlib başqa dövlətin ərazisini işğal etmək hansı beynəlxalq qanuna uyğundur? Bu qədər də boynuyoğunluq etmək, postsovet məkanında aranı qarışdırmaq olar?

Ukrayna, Moldova və Gürcüstanı bu hala saldınız. Dağlıq Qarabağın işğalı da birbaşa sizin köməyinizlə baş verdi. Bu qədər biabırlıq, həyasızlıq, qonşu dövlətlərə qarşı provaksiyaların həyata keçirilməsi beynəlxalq hüquqla cəzalandırılmalı deyilmi?”

Sabiq dövlət müşaviri ATƏT-in Minsk qrupunda Rusiyanın Türkiyə ilə əvəzlənməsinin vacibliyini vurğulayıb:

“Azərbaycan bütün bu faktları əsas tutaraq, Rusiyanın Minsk Qrupundan çıxarılmasını tələb etməlidir. Minsk Qrupunda Rusiyanı Türkiyə əvəzləməlidir. Blirsiniz ki, Minsk qrupunun həmsədrləri xristian dövlətlərdir. Müsəlman-xristian qarşıdurmasının bir hissəsi kimi qavranılan bu münaqişənin həllində niyə xristianlar söz sahibi olmalıdırlar?”

Aqil Bəkir

www.yenicag.az

2969
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv