“Azərbaycan iqtidarı ölkənin davamlı inkişafı üçün lazımi tədbirlər görməkdədir”.
Türkiyənin Ülke TV telekanalı Azərbaycan prezidenti İlham Əliyevin fəaliyyətinə həsr olunmuş süjet yayımlayıb.
Materialda Azərbaycan prezidentinin fəaliyyətdə olduğu 14 il ərzində böyük uğurlara imza atdığı vurğulanıb:
“14 ildir, Azərbaycanın prezidenti olan İlham Əliyev növbəti dəfə prezident seçilmək üçün fəaliyyətini davam etdirir. Partiyasının son qurultayında mühüm açıqlamalar verən Əliyev azərbaycanlıların tarixi torpaqlarına qayıtmaq siqnalı verdi.
2003-cü ildə xalqın böyük hissəsinin dəstəyi ilə prezident seçilən İlham Əliyev bu vəzifədə olduğu müddətdə atdığı addımlarla diqqəti cəlb etdi. Azərbaycan bu 14 il ərzində iqtisadi və siyasi planda böyük inkişafa nail oldu.
Ermənistanla mövcud olan qarşıdurmada izə özünün dik duruşu ilə uğurlu nəticələrə imza atdı.
Yeni Azərbaycan Partiyasının da sədri olan Əliyev özünün prezidentliyi dönəmində Azərbaycanın iqtisadiyyatın və sənayenin inkişafına ciddi diqqət yetirdi. Azərbaycan iqtisadiyyatı 14 ildə 3 dəfə böyüdü, içsizliyin səviyyəsi isə 5 faizə qədər aşağı salındı, ölkənin maliyyə ehtiyatları isə 23 dəfə artdı.
İqtisadiyyatın inkişafı isə Azərbaycan ordusunun güclənməsi ilə müşayiət olundu. Yüksək döyüş qabiliyyətinə malik Ordusu olan Azərbaycan Ermənistanla hərbi toqquşmada 2 min hektar ərazini bir gecəyə azad etməklə, gücünü göstərdi. Azərbaycan iqtidarı ölkənin davamlı inkişafı üçün lazımi tədbirlər görməkdədir.
14 illik Əliyev iqtidarı ölkədə 12 min 300 kilometr yol çəkdi. Partiyasının 6-cı qurultayında çıxış edən Əliyev tarixi mesajlar verdi. O, Azərbaycanın tarixi torpağı olan və hazırda Ermənistanın paytaxtı statusu verilmiş İrəvana qayıdışın siyasi və strateji məqsəd olduğunu bəyan etdi.
11 aprel seçkilərində namizədliyi irəli sürülən İlham Əliyevin bu mübarizədə qalib gələcəyi şübhə doğurmur”.
www.yenicag.az