"İlham Əliyevin sülh nümunəsi müharibə edən ölkələr üçün yol xəritəsidir" – Səbinə Salmanova

media-hightechnic-468x90

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi ölkəmizin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzun, eyni zamanda dövlət başçımızın humanizm, multikulturalizm və sülh dəyərlərinə verdiyi ardıcıl töhfənin bariz ifadəsidir. Bu nüfuzlu mükafatın təqdim olunması möhtərəm Prezident İlham Əliyevin yalnız regional lider kimi deyil, həm də qlobal miqyasda sülhü, dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq edən dövlət xadimi kimi qəbul edildiyini bir daha təsdiqləyir.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, “Zayed İnsan Qardaşlığı Mükafatı” Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Al Nahyanın adını daşıyır və insanlıq, tolerantlıq, mərhəmət və birgəyaşayış dəyərlərinin təşviqinə xidmət edən beynəlxalq təşəbbüslər sırasında xüsusi yer tutur:

“Bu mükafatın məhz Prezident İlham Əliyevə təqdim edilməsi Azərbaycanın son illərdə həyata keçirdiyi humanitar, sülhpərvər və multikultural siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin nəticəsidir. Mükafatın təqdim olunması mərasimində çıxış edən Prezident İlham Əliyev bu ali mükafata layiq görülməyi böyük şərəf hesab etdi və münsiflər heyətinə, tədbirə ünvanladıqları xoş müraciətlərə görə həmkarlarına və Ermənistanla sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa minnətdarlığını bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, ötən ilin avqustun 8-də Vaşinqtonda keçirilmiş üçtərəfli Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanıb, həmçinin Birgə Bəyannamə imzalanıb. Bu sənədlər qarşılıqlı etimadın möhkəmləndirilməsi, beynəlxalq hüquq prinsiplərinə əsaslanan münasibətlərin qurulması və davamlı sülhün təmin olunması baxımından mühüm addım hesab olunur. Bununla da üç onillikdən artıq müddətdə Cənubi Qafqaz regionunda gərginliyə, minlərlə insanın həlak olmasına və geniş humanitar fəsadlara səbəb olmuş qanlı və ölümcül münaqişəyə son qoyulması istiqamətində həlledici mərhələ başlanıb. Vaşinqton Zirvə Görüşü təkcə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması baxımından deyil, bütövlükdə regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi üçün yeni imkanlar açıb. Bu proses beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanır və uzunmüddətli sülhə aparan yolun başlanğıcı kimi dəyərləndirilir”.

Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında uzunmüddətli münaqişələrin yaratdığı dərin izlərə, insan həyatına və cəmiyyətə vurduğu mənfi təsirlərə diqqət çəkib:

“Dövlətimizin başçısı vurğuladı ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Çünki uzunmüddətli münaqişələr, illərlə davam edən qarşıdurmalar və onların doğurduğu ağır humanitar fəsadlar cəmiyyətlərdə dərin izlər buraxır. Belə şəraitdə formalaşan qarşılıqlı etimadsızlıq və gərginlik sülhə gedən yolu çətinləşdirsə də təcrübə göstərir ki, münaqişələrin həllində əsas amillərdən biri tərəflərin güclü siyasi iradə nümayiş etdirməsi, gələcəyə yönəlmiş praqmatik yanaşma ortaya qoymasıdır. Qarşılıqlı etimadın bərpası, dialoqun təşviqi və kompromislərə hazır olmaq sülh prosesinin ayrılmaz tərkib hissəsidir. Bu baxımdan Prezidentin də söylədiyi kimi, Azərbaycanla Ermənistan arasındakı sülh nümunəsi öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05