İlham Əliyevlə Paşinyan arasında səmimi söhbət olub

media-hightechnic-468x90

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin Düşənbədə keçirilən sammiti çərçivəsində sülhə doğru irəliləyişi müzakirə ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev görüşün yekunları üzrə jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, İlham Əliyev və Nikol Paşinyan Düşənbədə keçirilən MDB sammiti çərçivəsində isti söhbət ediblər.

“Yəqin ki, özünüz gördünüz ki, Ermənistanın baş naziri ilə Azərbaycan Prezidenti arasında çox isti söhbət olub və mübahisəli məsələləri deyil, Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində irəliləyişin necə olacağına dair məsələləri müzakirə ediblər”, – Lebedev bildirib.

O, həmçinin qeyd edib ki, “digər dövlətlərin liderləri arasında da xüsusi təkliflər və layihələrlə çox isti və mənalı söhbətlər aparılıb”./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa