ABŞ-ın Energetika Nazirliyi yanvar ayından ölkənin strateji neft ehtiyatlarının satışına başlayacaq.
Strateji ehtiyatlardan 375,4 milyon dollar həcmində neftin satışı planlaşdırılır. Digər neft ölkələrinin hasilatı azaltmağa qərar verdiyi bir məqamda ABŞ-ın bu addımı bazara təsir edəcəkmi?
Məsələ ilə bağlı Yeniçağ.Az-a münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, ABŞ-ın gələn il üçün neft satışı ilə bağlı açıqladığı rəqəm dünya bazarı üçün çox kiçik göstəricidir:
“Nəzərə alsaq ki, bir il ərzində dünyada təqribən 3,5 milyard ton – 25 milyard barrel neft satılır. Bunun satış qiymətini də 50 dollardan götürsək, ümumilikdə, 1,25 trilyon dollar edir. Ümumi rəqəmlə müqayisədə ABŞ-ın açıqladığı 375, 4 milyon dollar elə də yüksək məbləğ deyil. Yəni ABŞ-ın bu addımının dünya neft bazarına təsiri olmayacaq”.
BƏXTİYAR
Yeniçağ.Az
www.yenicag.az