İlham Zəkiyev 8-ci dəfə Avropa çempionu oldu

media-hightechnic-468x90

Azərbaycanın paracüdo üzrə milli komandasının üzvü İlham Zəkiyev (+90 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, o bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalını qazanıb. Bununla da 42 yaşlı ikiqat Olimpiya və ikiqat dünya çempionu İlham Zəkiyev 8-ci dəfə Avropanın ən güclüsü olub.

Azərbaycan millisinin digər üzvləri Zakir Mislimov (90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, sentyabrın 2-si Namiq Abbaslı və İsmayıl Muradov bürünc medal qazanıb. Beləliklə, Azərbaycan millisi 1 qızıl və 5 bürünc olmaqla Avropa çempionatını ümumilikdə 6 medalla tamamlayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05