İlhamənin nəşi ekspertiza olundu – Təzə Pirə aparılır – Foto + Yenilənib

media-hightechnic-468x90

img2016312dsds4Xalq artisti, mərhum İlhamə Quliyevanın nəşi artıq Təzə Pir Məscidinə aparılır.

Bu barədə AzNews.az-a müğənni Əli Mirəliyev məlumat verib. O, bildirib ki, cənazə Təzə Pir Məscidindən götürüləcək: “Meyiti yardılar, baxış keçirdilər. Amma ekspertiza rəyi hələ açıqlanmayıb. Bu, hüquq-mühafizə orqanlarının işidir. Yəqin ki nəticəni özləri açıqlayacaq”.

***

Xalq artisti İlhamə Quliyevanın nəşi üzərində aparılan ekspertizanın nəticələri məlum olub.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ekspertizanın ilkin nəticələrinə əsasən, xalq artisti trombdan (qan damarının tutulması) ölüb.

Xatırladaq ki, İ.Quliyeva bu gün səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600