İlk iş günü hava kəskin dəyişəcək

media-hightechnic-468x90

60962Həftənin ilk iş günü Azərbaycan ərazisində hava kəskin pisləşəcək, bəzi ərazilərdə intensiv yağışlar yağacaq, güclü külək əsəcək.

media-banner_tkm

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sentyabrın 29-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, yağış yağacaq. Yarımadanın bəzi ərazilərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə isə şiddətlənəcəyi proqnozlaşdırılır.

Bakı və Abşeron yarımadasında sentyabrın 29-da havanın temperaturu gecə 11-13, gündüz 16-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın temperaturu 5-10 dərəcə enəcək. Bəzi ərazilərdə yağış yağacaq, əsasən gecə və axşam saatlarında şimşək çaxacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 9-12, gündüz 17-20 dərəcə isti olacaq.

Qeyd edək ki, Azərbaycan sinoptikləri ölkədə hava şəraitinin pisləşəcəyi barədə öncədən xəbərdarlıq edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05