İlk qar 8 nəfərin ölümünə səbəb oldu

media-hightechnic-468x90

Noyabrın 14 və 15-də ABŞ-da yağan ilk qar azı 8 nəfərin ölümünə səbəb olub.

Yenicag.az xarici mətbuata sitinadən xəbər verir ki, ölüm halları əsasən buz bağlamış avtomobil magistrallarında baş verən qəzalar nəticəsində meydana gəlib.

Bəzi rayonlarda qarın qalınlığı 20 santimetrə çatıb, elektrik naqilləri qırılıb. Virciniya, Ohayo, Kentukki və İndiana ştatlarında 300 min nəfər elektriksiz qalıb.

Nyu-York ştatında əlverişsiz hava şəraiti ilə əlaqədar 1,6 min aviareys ləğv olunub, 8 mindən çox aviareys isə təxirə salınıb.

Missisipi ştatında 46 sərnişini daşıyan avtobus aşıb. Yaralanan sərnişinlərdən ikisinin həyatını xilas etmək mümkün olmayıb.

 

 

 

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600