İlkin Əhmədov xəcalətdən TƏR TÖKDÜ: “Üçüncü, dördüncü ər, sevgili...”
“Ailə-məişət, sevgili, ikinci, üçüncü, dördüncü ər, qeyri-nikahla yaşanan münasibət… Bunları dedikcə tərləyirəm, xəcalət çəkirəm.”
Yenicag.az xəbər verir ki, bu sözləri xanəndə, Əməkdar artist İlkin Əhmədov “Öz aramızda” verilişində deyib.
Muğam ifaçısı şəxsi həyatı ilə gündəmə gələn müğənniləri sərt şəkildə tənqid edib və bu söhbətlərin efirə gətirilməsinə qarşı çıxıb:
“Bu söhbətlər hamısı “TikTok” söhbətləridir. Ailə-məişət, sevgili, ikinci, üçüncü, dördüncü ər, qeyri-nikahla yaşanan münasibət… Dedikcə tərləyirəm, xəcalət çəkirəm. Bunları efirdən danışmaq mənə yaraşmır. Bunlar hamısı sosial şəbəkə söhbətləridir. Orada olan söhbətləri efirə gətirmək lazımdır? “TikTok” söhbətləri efirdə müzakirə olunmamalıdır.”
İlkin Əhmədov həmçinin xarici mədəniyyətin təsirindən uzaq durmağa çağırıb:
“Biz Rihanna, Cenifer, Alla Puqaçova və digər xarici müğənnilərə tərəf getməməliyik. Bizim öz adət-ənənələrimiz, mental dəyərlərimiz var. Onların üstündə dayanmaq lazımdır.”
Nehru












