İllinoys ştatı Trampı məhkəməyə verdi
ABŞ-nin İllinoys ştatı Tramp administrasiyasına federallaşdırılmış Milli Qvardiya qoşunlarını Çikaqo küçələrində yerləşdirməyə mane olmaq cəhdi ilə bazar ertəsi məhkəməyə müraciət edib.
Yenicag.az NBC-yə istinadən xəbər verir ki, bununla bağlı İllinoys Baş Prokurorluğu iddia qaldırıb.
“Amerika xalqı harada yaşamasından asılı olmayaraq, Birləşmiş Ştatlar ordusu tərəfindən işğal təhlükəsi altında yaşamamalıdır”, – iddia ərizəsində deyilib.
“Tramp administrasiyasının qeyri-qanuni hərəkətləri artıq İllinoys ştatını ciddi və bərpası mümkün olmayan zərərlərə məruz qoyub və məruz qoyur”, – deyə vurğulanıb.