İlon Mask siyasətdən əlini çəkir: "Yetərincə pul xərcləmişəm"
ABŞ-li milyarder İlon Mask siyasi fəaliyyətlərə ayırdığı vəsaiti ciddi şəkildə azaldacağını açıqlayıb.
Yenicag.az xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən 5-ci Qətər İqtisadi Forumunda videobağlantı ilə çıxış edən Mask siyasətə “artıq yetərincə pul xərclədiyini” deyib və gələcəkdə bu xərcləri daha da azaldacağını bildirib.
Qeyd edək ki, iş adamının sərvəti bu ilin yanvar ortasından mart ayının ortasına qədər 130 milyard dollardan çox azalıb.