!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlon Maskın qeyri-real TƏKZİBİ - "Twitter" işçilərinin yarısını ixtisar edir

!Reklam – Yazi

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask 44 milyard dollarlıq alışdan sonra xərcləri azaltmaq üçün “Twitter” işçilərinin yarısını ixtisar etməyi planlaşdırır.

Yenicag.az “Bloomberg”ə istinadən bildirir ki, sosial şəbəkənin yeni sahibinin işdən çıxarılan işçilərə cümə günü məlumat verəcəyi gözlənilir. O, həmçinin şirkətin mövcud uzaqdan iş siyasətini dəyişdirməyi və qalan işçilərin ofislərə hesabat verməsini tələb etməyi hədəfləyir.

Əgər nəzərdə tutulan ssenari həyata keçərsə, işdən çıxarılan işçilərə 60 günlük işdən çıxma müavinəti veriləcək.

Platformada paylaşım edən İlon Mask bildirib ki, “Twitter”i daha ​​çox pul qazanmaq üçün deyil, bəşəriyyətə kömək etmək üçün alıb.

Xatırladaq ki, bir müddət öncə İlon Mask mətbuatda yayımlanan ixtisar xəbərlərini təkzib etmişdi.

Gülşən

www.yenicag.az

299
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv