Reklam

Reklam

Bu gün İmişlidə Dövlət Təhlükəsizlik Xidmətinin peşə bayramı keçirilmişdir. Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev , İmişli Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Ramil Əliyev və hüquq mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları tədbir öncəsi Ümummilli lider Heydər Əliyevin abidəsini gül dəstələri ilə ziyarət edərək,ona dərin ehtiramlarını bildirmişdirlər.

Sonra İmişli şəhər Heydər Əliyev mərkəzində Dövlət Himnin çalındı, tədbiri giriş sözü ilə açan icra başçısı cənab Vilyam Hacıyev çıxış edərək bildirdi ki, 28 mart 1919-cu ildə Azərbaycanda ilk təhlükəsizlik orqanı Xalq Cümhuriyyəti tərəfindən yaradılmışdır.Sonrakı illərdə sovetlər dönəmində bu təşkilatın adı ÇK , NKVD, Dövlət Təhlükəsizlik Komitəsi adlandırılmışdır. 1967-ci ilə qədər bu təşkilata qeyri millətin nümayəndələri rəhbərlik etmişdir,lakin həmin il DTK-ya rəhbər General Heydər Əliyev təyin edilməsi ilk növbədə komitə daxili kadır siyasətində böyük dəyşikliklərə səbəb oldu, Azərbaycanlı əməkdaşların işə götürülməsində və yüksək vəzifələrə irəli çəkilməsində Heydər Əliyevin böyük əməyi olmuşdur.Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranmışdır. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli Təhlükəsizlik orqanlarının peşə bayramı günü elan olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 dekabır 2015-ci il tarixli 706 saylı Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti yaradıldı.

Dövlət Təhlükəsizlik Xidməti qarşısında duran əsas vəzifələr Azərbaycan respublikasının suverenliyinə,konstitusiya qurluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmyyətli maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qurupların və ayrı-ayrı şəxslərin kəşviyyat, digər təxribat-pozuculuq fəaliyyətinin qarşısını almaqdan ibarətdir. Dövlət müstəqillyinin bərpa olunmasından sonra xarici xüsusi xidmət orqanlarının Azərbaycanda həyata keçirdiyi kəşviyyat, təxribat-pozuculuq fəaliyyəti hallarının aşkar olunması və neytirallaşdırılması baxımından mühüm naliyyətlər əldə olunmuşdur.Xidmətin qarşısında həmçinin dövlət sirri təşkil edən məlumatların qorunması, korrupsiya, terrorizim, narkotik, psixotrop və radioaktiv maddələrin, odlu silah və döyüş sursatının beynəlxalq qanunsuz dövriyyəsi ilə, mütəşəkkil transmilli cinayətkarlığın daha təhlükəli növləri ilə mübarizə kimi son dərəcə məsul vəzifələr durur.Rayon İcra Hakimiyyətinin Başçısı çıxışının sonunda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edərək xidmətdə fərqlənən əməkdaşlara Fəxri Fərmanlar təqdim etdi.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 541
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."