Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 06:25-də Saatlı stansiyasından 20 kilometr şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb. 3.6 maqnitudalı zəlzələ episentrdə hiss edilməyib.
Bəs, regionlarda daha güclü zəlzələ gözlənilir? Paytaxt Bakıda da təbii fəlakət hadisəsi baş verə bilər?
Bu məsələlərlə bağlı Yenicag.az-a açıqlama verən Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru Qurban Yetirmişli bildirib ki, ölkəmizdə yüksək maqnitudalı zəlzələ gözlənilmir:
“Narahatçılığa əsas yoxdur. Azərbaycanda Türkiyədəki kimi güclü zəlzələ olma ehtimalı yaxın vaxtlarda gözlənilmir. İmişlidə baş verən zəlzələ də zəif təkandır, heç hiss olunmayıb. Ötən axşam saat 21:00-dan səhərə kimi 34 təkan olub, İmişlidəki zəlzələnin maqnitudasi 3-dən yuxarı olduğuna görə, biz o barədə aidiyyatı qurumlara məlumat veririk. Zəif təkanlar həmişə var, amma bu qorxulu hal deyil”.
Şahanə Paşa
www.yenicag.az