!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İmtahana hazırlaşdığı üçün Zidanın üzünə "odboy" verən futbolçu

!Reklam – Yazi

“Real”ın ulduz futbolçusu Rafael Varan maraqlı açıqlama verib.

Yeniçağ.Az xəbər verir ki, fransız müdafiəçi keçmiş xatirələrindən danışıb.
Madrid klubuna transferini vurğulayan Varan, hazırda baş məşqçisi Zinəddin Zidanla arasında baş vermiş telefon danışığından söz açıb.

“Bu telefon zəngini gözləmirdim. Zəng edən şəxs Zinəddin Zidan olduğunu söylədi. Onu səsindən tanıdım. Məni “Real”a transfer etmək istəyirdilər. Mən isə bu məsələ haqda daha sonra danışmağı məsləhət gördüm və telefonu bağladım. Çünki həmin vaxt universitet imtahanlarına hazırlaşırdım. Zəng barədə dostlarıma da danışdım. Onlar məni bu hərəkətimə görə “dəli” adlandırdılar. Hadisə 18 yaşımda ikən baş vermişdi”.

Qeyd edək ki, həmin dönəm Zidan “Real”ın idman direktoru, Varan isə Fransanın “Lans” klubunun üzvü idi. O, 2011-ci ildə “Real”a 10 milyon avro qarşılığında transfer olunub.

Yeniçağ.az

 

www.yenicag.az

567
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv