“Qarabağ”dan Medvedev açıqlaması

media-hightechnic-468x90

“Qarabağ” Maksim Medvedevin klubun B komandasına baş məşqçi təyin olunduğunu rəsmən açıqlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Qarabağ” rəhbərliyi Maksim Medvedevin uzun müddət kluba göstərdiyi xidməti və son bir ildə U-14 komandasında məşqçi kimi fəaliyyətini nəzərə alaraq, onu əvəzedici komandanın baş məşqçisi vəzifəsinə təyin etmək qərarına gəlib.

Futbolçu karyerasını bütünlüklə “Qarabağ”a həsr edən 35 yaşlı mütəxəssis son bir ili U-14 komandasının məşqçisi kimi keçirib.

Qeyd edək ki, “Qarabağ” akademiyasının yetirməsi olan Maksim Medvedev 2006-2024-cü illərdə əsas komandanın formasını geyinib. O, “Qarabağ”ın heyətində ən çox oyun keçirən futbolçu rekorduna sahibdir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05