İmtahanda 18 nəfər maksimum nəticə göstərib

media-hightechnic-468x90

28152Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

Yenicag.az xəbər verir ki, nəticələrə əsasən 9-cu sinif üzrə imtahanda iştirakı nəzərdə tutulan 21191 şagirddən 717 nəfəri imtahana gəlməyib, 6 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub.

TQDK-nın internet saytında 20468 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 14 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.

11-ci sinif üzrə isə imtahanda iştirakı nəzərdə tutulan 18124 şagirddən 868 nəfəri imtahana gəlməyib, 2 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 17254 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 18 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa