!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İndi qol çirmələyib iş görmək vaxtıdır" – Yasamalda daha bir izdiham yaşandı - FOTO

!Reklam – Yazi

16 saylı Yasamal ll seçki dairəsindən deputatlığa namizəd Ramin Əhmədovun təşviqat kampaniyası uğurla davam edir.

Bu gün, Şəfaət Mehdiyev 97 a binasının və ətraf küçələrin sakinləri ilə keçirilən görüşdə böyük bir coşqu yaşanıb. Görüşün axşam saatlarında keçirilməsinə baxmayaraq ərazidə yaşayan sakinlərin izdihamı müşahidə olunub. Ramin Əhmədovun səs-sorağının artıq onlara çatdığını deyən sakinlər, gənc namizədə rəğbət bəslədiklərini bildiriblər.

R. Əhmədov, sakinlər qarşısında çıxış edərək ölkədə aparılan islahatlardan, cənab Prezidentin yeni dövrün prioritetləri barədə səsləndirdiyi fikir və çağırışlardan bəhs edərək, qarşıdan gələn Parlament Seçkilərində vətəndaşların fəallıq göstərməsinin vacibliyini vurğulayıb: “Mən özümü sizə quru sözlər və boş vədlərlə deyil, real işlərlə tanıtmaq istəyirəm. İndi qol çirmələyib iş görmək zamanıdır.Əgər mənə dəstək göstərib deputat seçərsinizsə, bundan ancaq sizlər-Yasamal qazanacaq. Bu bizim şüarımızdır və arxasında iş görmək, xalqa xidmət göstərmək istəyi və real imkanlar dayanır”.

Görüşdə namizədin vəkilləri də çıxış edərək , sakinləri seçkidə fəal olmağa və Yasamal camaatına xidmət etmək əzmində olan Ramin Əhmədova səs verməyə çağırıblar.

Öz növbəsində sakinlər, onları qayğılandıran məsələlərdən söz açıb, namizədin apardığı seçki kampaniyasını bəyəndiklərini və R. Əhmədova inandıqlarını bildiriblər.Səmimi mühitdə keçən görüşün ardınca R.Əhmədov sakinlərin bir neçəsinin evinə də baş çəkib.
Ərazidə görüşlər davam etdirilir.

Seçin ki, Yasamal qazansın!

www.yenicag.az

1003
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv