!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“İndikilər “rakka-çıkka” oxuyur”, - deyən Səidəyə Əməkdar artistdən REAKSİYA

!Reklam – Yazi

“Çılğın, şıltaq qızdır, amma düz danışır. Musiqimizi qorumaq borcumuzdur. O “YouTube”da izləmə sayı çox olan mahnılara gəlincə, mən heç onlarla maraqlanmıram”.

Bunu Əməkdar artist Firuzə İbadova “YouTube”da milyonlarla baxış sayı toplayan mahnıların Azərbaycan musiqisi üçün utanc olduğunu söyləyən Səidə Sultana dəstək olaraq Yenicag.az-a açıqlamasında deyib.

F.İbadova “YouTube” kanalında izləmə rekordu qıran mahnıların deyil, əsil musiqilərin tarixdə qalacağını bildirib:

“Səidə savadlı müğənnidir. O, Vaqif Gərayzadə məktəbi keçib və onun yetirməsidir. Çılğın, şıltaq qızdır, amma düz danışır. Musiqimizi qorumaq borcumuzdur. O “YouTube”da izləmə sayı çox olan mahnılara gəlincə, mən heç onlarla maraqlanmıram. Onu bilirəm ki, bizim ifa etdiyimiz məşhur əsərlərdir, onlar üçgünlük-beşgünlük mahnılar deyil. Dahi bəstəkarlarımız tərəfindən yazılıb, ifa etmişik və o musiqilərin hər biri də “Qızıl Fond”da saxlanılır. Heç narahat olmağa da dəyməz ki, ay kimlərinsə ifa etdikləri “YouTube”da izlənir, baxış sayı toplayır. Onsuz da hamısı ələnib ələkdən keçəcək. Yenə də axırda musiqi tarixində keyfiyyətli mahnılar qalacaq. Necə ki bu gün də məşhur musiqilərimiz var ki, dillər əzbəridir. İllər keçsə də, o mahnılar yaşayır və unudulmur. Müqayisə zamanı bayağılıqla keyfiyyət daha aydın şəkildə görünür. Bu gün muğamımız, klassik musiqilərimiz, estrada janrında olan əsərlərimiz dünyada tanınır, sevilir. Nə qədər bayağılıq olsa da, yaxşı mahnılar onların üstünü örtür. Musiqi ruhun qidasıdır. Çalışmaq lazımdır ki, keyfiyyətli musiqiləri qoruyaq, yaşadaq ki, gənclərimizin də zövqünü formalaşdıra bilək”.

Qeyd edək ki, Səidə Sultan Azərbaycan musiqisinin bərbad durumda olduğunu açıqlayaraq yeni səhnəyə çıxan müğənniləri tənqid edib:

“İndi gələn müğənnilər “rakka-çıkka” oxuyur. Pis günə qoyur musiqini, xaricdən gələn qonaq qulaq asır, utanıram”.

Cəvahir

www.yenicag.az

1581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv