İndoneziyanın səfiri ATGTİ-də olub
İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prayono Atiyanto Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında qonaq olub.
Prayono Atiyanto ilk öncə ATGTİ-nin qərargahı və əməkdaşları ilə tanış olub. Daha sonra ATGTİ-nin sədri Şahin İsmayılov Prayono Atiyanto ATGTİ-nin fəaliyyəti haqqında məlumat verib. Prayono Atiyantoya Azərbaycan gənclər siyasətinin qazandığı uğurlardan bəhs olunub. Şahin İsmayılov qeyd edib ki, ATGTİ fəaliyyəti dövründə 500-dən çox irimiqyaslı yerli və beynəlxalq layihələr reallaşdırıb.
Səfir də ATGTİ-nin qərargahında olmağından məmnunluğunu bildirib və iki ölkə arasında olan gözəl münasibətlərdən və onların daha da inkişaf edəcəyindən söz açıb. Səfir gələcəkdə səfirlik və ATGTİ arasında əlaqələrin genişlənəcəyinə inandığını və birgə layihələrin reallaşdırılmağının vacibliyini qeyd edib. (azadinform.az)