!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

İnflyasiya təzyiqləri: "Minimum əməkhaqqını artırmaqla..." - ŞƏRH

!Reklam – Yazi

“Ölkədəki inflyasiya təzyiqlərinə göz yummaq və gərginləşən sosial problemi görməzdən gəlmək çıxış yolu deyil”.

Bu sözləri pandemiya və postpandemiyanı əhatə edən 3 illik müddət fonunda yaşanan inflyasiya səviyyəsinə münasibət bildirən iqtisadçı Məmməd Talıblı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, qlobal ərzaq qiymətlərinin artması idxal kanalı ilə yüksək inflyasiyanın daxili qiymətlərə ötürücülüyünü artırır. Halbuki əsas inflyasiya yaradıcı amil kimi ölkə daxilindəki inhisarçılığın doğurduğu inflyasiyanı göstərmək olar:

“Xüsusilə də Rusiya-Ukrayna savaşı fonunda geosiyasi risklərin kəskin artması ilə tədarük zəncirində yaranan problemlər qlobal inflyasiyanın son 20 ilin ən yüksək səviyyəsi ilə nəticələnib. ABŞ və qabaqcıl Avropa ölkələrində inflyasiya artımın rekord səviyyəsi ilə seçilir. Bütün çoxistiqamətli risklərin təzahür formaları onu deməyə əsas verir ki, inflyasiya bir kabus olaraq dünyanın başı üzərində dolanır. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, ilin sonuna qədərki dövrdə inflyasiya inkişaf etmiş ölkələrdə 3,9 faiz və inkişaf etməkdə olan ölkələrdə isə 5,9 faiz olacaq. Qiymətlərin artmasında səngimə isə yalnız gələn il baş verə bilər.

Ölkəmizdə isə 2022-ci ilin iyun ayında 12 aylıq inflyasiya 14.2 faiz, orta illik inflyasiya 12.9 faiz və ərzaq malları üzrə orta illik inflyasiya səviyyəsi 18,4 faiz təşkil edib. Əslində, inflyasiyanı rasional qiymətləndirdiyimiz zaman inflyasiyanı səbəb gətirərək ölkədəki inflyasiya təzyiqlərinə göz yummaq və gərginləşən sosial problemi görməzdən gəlmək çıxış yolu deyil. İnkişaf etmiş ölkələrdə inflyasiya vətəndaşların gəlirlərini “yeməyə” başlayan zaman hökumətlər özünün iqtisadi alətlərindən istifadə edərək antiinflyasiya tədbirlərini həyata keçirirlər. Məsələn, minimum əməkhaqqını artırmaqla inflyasiya təzyiqlərini zərərsizləşdirə bilərlər. Dövlət büdcəsi yolu ilə sosial ödənişləri, o cümlədən əməkhaqları, pensiya və bu qəbildən olan həssas sosial qrupların ödənişlərini artıra bilər. Fikrimcə, ölkəmizdə də bu cür addımların atılmasına ehtiyac var”

Gülşən Şərif

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv