Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İngiltərə baş nazirindən Türkiyə ilə bağlı tarixi sözlər – “Türkiyənin təhlükəsiz bir ölkə olmadığını demək…”

 

david-cameron-bu-turkiyeye-hakaret-olur-h1458582238-4a6f32İngiltərə baş naziri David Cameron Türkiyə-Avropa Birliyi arasında iş birliyi və qaçqın məsələsinə toxunub. Yenicag.az xəbər verir ki, ingilis baş nazir Türkiyə əleyhinə ittihamlara bu cavabı verib: “Suriyadan qaçan 2,6 milyon insana quçaq açan Türkiyənin təhlükəsiz bir ölkə olmadığını demək türklərə həqarət olar”.

İngilis parlamentinin Avam kamerasının suallarını cavablandıran Cameron Beynəlxalq Əfv Təşkilatının Türkiyə əleyhinə olan bu iddiasına belə sərt cavab verib.

Türkiyəyə veriləcək 3 milyon avro üçün də ingilis baş nazir “Bu pul Türkiyəyə deyil, oraya sığınan suriyalı qaçqınlar üçün verilir” deyə cavab verib.

İngiltərənin 2020-ci ilə qədər 20 min qaçqını qəbul edəcəyini bildirən baş nazir bu günə qədər sadəcə min suriyalını qəbul etdiklərini bildirib.

Yenicag.az

Loading...

www.yenicag.az

345
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100