İngiltərə normal həyata qayıdır

media-hightechnic-468x90

İngiltərədə yeni növ koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilmiş bəzi qadağalar ləğv ediləcək.

media-banner_tkm

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə baş nazir Boris Conson bildirib.

Conson iyunun 19-dan sonra ölkənin normal həyata qayıdacağını açıqlayıb.

Belə ki, həmin tarixdən etibarən maska taxma məcburiyyəti ləğv ediləcək, gecə klubları fəaliyyətini bərpa edəcək, sosial məsafə qaydalarını gözləmək məcburi olmayacaq, evdən işləmə məcburiyyəti aradan qaldırılacaq, stadionlara tam həcmdə izləyicilər qəbul ediləcək.

Baş nazir bununla yanaşı, koronavirus təhlükəsinin hələ sovuşmadığını bildirib və insanlara COVID-19-la yaşamağa öyrəşmələri ilə bağlı tövsiyyə verib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05