İnkişafın arxasında dayanan GÜC: Azərbaycan modelinin beynəlxalq uğur FORMULU

media-hightechnic-468x90

Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdikdən sonra dünya birliyinə inteqrasiyası və beynəlxalq arenada nüfuz qazanması Ulu Öndər Heydər Əliyevin uzaqgörən və düşünülmüş xarici siyasətinin nəticəsidir.

Heydər Əliyev dövlətçilik ənənələrini bərpa etməklə yanaşı, Azərbaycanın regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi formalaşmasına nail oldu. Onun təşəbbüsü ilə ölkəmiz bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildi, çoxtərəfli diplomatiyanın əsasları qoyuldu. Həmçinin region ölkələri ilə mehriban qonşuluq münasibətləri quruldu. Xüsusilə neft strategiyası vasitəsilə Azərbaycan dünya iqtisadi sisteminə inteqrasiya olundu və beynəlxalq əməkdaşlıq üçün yeni perspektivlər açıldı.

Həmin strateji kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində söz sahibi olan, etibarlı və təşəbbüskar dövlət kimi tanınır. Onun ardıcıl və çevik xarici siyasəti nəticəsində Azərbaycan həm region dövlətləri, həm də dünya gücləri ilə balanslaşdırılmış əməkdaşlıq münasibətləri qurub.

Azərbaycan BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi qurumlarla fəal əməkdaşlıq edir və qlobal miqyasda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verir. Bu uğurlar Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və diplomatik fəaliyyətinin bariz göstəricisidir.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz bir çox çətinliklərdən qurtuldu və davamlı inkişaf yoluna qədəm qoydu:

media-vuqariskenderov1

“Təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğu bu uğurlu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə, müasir formada və yeni çağırışlara əsaslanan konsepsiya çərçivəsində uğurla davam etdirilir. 2020-ci il Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə ilə ərazi bütövlüyümüzün bərpası bizi tamamilə yeni mərhələyə çıxardı. Bu gün Azərbaycan dünya birliyi içində uğurla inkişaf edən, sabitliyi qoruyan və güclü siyasəti ilə seçilən ölkələrdən biridir. Uğurlarımız beynəlxalq müstəvidə Azərbaycanın nüfuzu dayanmadan artırır. Hazırda Azərbaycanın qlobal layihələrdə mühüm aktor kimi çıxış etməsi ölkəmizin beynəlxalq səviyyədəki rolunu göstərir”.

“Dünyada reallıqlar zamanla dəyişir. Həmin dəyişikliklər fonunda hazırda ən vacib məsələlərdən biri sabitliyin qorunmasıdır. Bu baxımdan, Azərbaycan regionda sülh və əmin amanlıq ölkəsi kimi dəyərləndirilir. İnteqrasiya prosesində də uğurla iştirak edirik. Azərbaycanın dost ölkələrinin sayı gündən-günə artır. Beynəlxalq arenada nüfuzumuzla yanaşı məsuliyyətimiz də artır. Azərbaycan öz gücü və düzgün siyasəti ilə bu məsuliyyətin öhdəsindən uğurla gəlir. İnkişafımız davamlıdır, çünki bunun təməli dövlət-xalq birliyi ilə möhkəmlənib”, – deyə deputat vurğulayıb.

Politoloq Tural İsmayılov isə bildirib ki, Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası və beynəlxalq təşkilatlarla əməkdaşlığı son illərdə əhəmiyyətli uğurlar qazanaraq ölkənin qlobal miqyasda mövqeyini xeyli gücləndirib:

media-turalismayilov1

“Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi praqmatik xarici siyasət Azərbaycanı etibarlı tərəfdaş kimi dünya səhnəsində önə çıxarıb. Azərbaycanın BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatı kimi nüfuzlu təşkilatlarda fəal iştirakı ölkənin beynəlxalq nüfuzunu artırıb. Xüsusilə 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın dünya siyasətindəki rolunun təsdiqi oldu. Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi isə Azərbaycanın qlobal liderlik qabiliyyətini nümayiş etdirdi. Ölkəmiz bu dövrdə 80-ə yaxın ölkəyə COVID-19 pandemiyası ilə mübarizədə humanitar yardım göstərərək beynəlxalq həmrəyliyə töhfə verib”.

Həmsöhbətimizin fikrincə, Azərbaycanın regionda və dünyada sülh və sabitliyin təminatçısı kimi rolu, xüsusilə 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra daha da möhkəmləndi:

“Ermənistanla sülh danışıqlarında konstruktiv mövqe tutaraq regionda uzunmüddətli sülhə nail olmaq istəyi Azərbaycanın məsuliyyətli dövlət imicini gücləndirir. İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı və digər qurumlarla əməkdaşlıq iqtisadi və siyasi islahatlara dəstək verib, ölkənin tranzit və enerji potensialını artırıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas oyunçuya çevirdi. Region ölkələri ilə, xüsusilə Türkiyə və Rusiya ilə strateji tərəfdaşlıq əlaqələri, Şuşa və Moskva Bəyannamələri ilə müttəfiqlik səviyyəsinə yüksəldi. Bu əlaqələr iqtisadi, hərbi və mədəni sahələrdə əməkdaşlığı dərinləşdirərək regionda sabitliyi təmin edir. Azərbaycanın nəqliyyat və kommunikasiya dəhlizlərindəki rolu, xüsusilə Şərq-Qərb və Şimal-Cənub marşrutları ölkəni beynəlxalq ticarətdə mühüm qovşağa çevirdi”.

Həmsöhbətimiz əmindir ki, mədəni diplomatiya sahəsində Heydər Əliyev Fondunun təşəbbüsləri, muğam və caz festivalları, eləcə də İslam Həmrəyliyi Oyunları Azərbaycanın mədəni nüfuzunu göstərir:

“Ölkəmizin turizm potensialı, Şahdağ və Tufandağ kimi komplekslərin inşası ilə qlobal miqyasda tanıdılıb. İKT sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq, “BakuTel” kimi tədbirlər Azərbaycanı regionda texnoloji lider kimi təqdim edir. Azərbaycanın beynəlxalq arenada artan nüfuzu iqtisadi investisiyaların cəlb edilməsində, xarici bazarlara çıxışda və geosiyasi təsir dairəsinin genişlənməsində dividentlər gətirir. Ölkəmiz qlobal problemlərin həllində fəal iştirak edərək iqtisadi və siyasi modernləşməni sürətləndirir. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti regionda sülhün və əməkdaşlığın təşviqinə xidmət edir. Bu nailiyyətlər Azərbaycanı gələcəkdə daha böyük beynəlxalq layihələrdə lider ölkə kimi görmək üçün möhkəm zəmin yaradır. Nəticədə, Azərbaycan dünya birliyində özünəməxsus mövqeyi ilə qlobal və regional proseslərdə mühüm rol oynayan nüfuzlu dövlətdir”.

Nəsimi Ələsgərli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

media-medialogo

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600