Sosial şəbəkələrdə fəallığı ilə seçilən yalnız müğənnilər və meyxanaçılar deyil. Aşıqlar da onlardan geridə qalmır. Lakin onların da arasında izləmə sayına görə fərqli sırada dayananlar var.
“Instagram”da apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, aşıqlar müğənni və meyxanaçılarla ayaqlaşa bilməsələr də, özlərinə görə izləmə sayı toplaya biliblər. Liderlik hələ ki Aşıq Namiq Fərhadoğluna məxsusdur. Sənətçi 207 min izləyicisi ilə siyahıda birinci yerdə dayanır.
Yenicag.az “Instagram”da ən izləyici sayına görə aşıqların top onluğunu təqdim edir:
Aşıq Namiq Fərhadoğlu – 207 min
Aşıq Mübariz – 158 min
Aşıq Samirə – 71, 8 min
Aqşin Tariyeloğlu – 65. 7 min
Aşıq Ədalət Dəlidağlı – 8.783 min
Aşıq Ramin – 5.787 min
Aşıq Fəzail Miskinli – 4.373 min
Aşıq Zülfiyyə – 3.617 min
Aşıq Ulduz – 1.400 min
Solmaz Kosayeva – 2.617 min
Cəvahir
www.yenicag.az