“Facebook” şirkətinə məxsus “Instagram” sosial şəbəkəsi mobil tətbiqetmədə yeni funksiyaların əlavə edildiyini elan edib.
Yenicag.az-ın məlumatına görə, bu barədə məlumat “Facebook”un saytında yerləşdirilib.
Bildirilib ki, Reels (“çarxlar”) və Shop (“mağaza”) funksiyaları yaradılıb. “Reels” funskiyası qısa videoların yaratmağa və baxmağa, “Shop” isə məhsul axtarmaq və onlayn alış-veriş etmək üçün imkan yaradacaq.
“Reels” düyməsi “bir növ səhnə, insanların yaradıcılığını bütün dünya ilə bölüşə biləcəyi və özlərini ifadə etmək və tamaşaçı tapma şansı əldə edə biləcəyi bir yer” olmalıdır. Shop funksiyası vasitəsi ilə “Instagramda alış-veriş etməyə və kiçik müəssisələrə dəstək verməyə” mümkün olur.
www.yenicag.az