“Instagram”da vətəndaşları şantaj edən haker tutuldu

media-hightechnic-468x90

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları sosial şəbəkələrdə vətəndaşların şəxsi məlumatlarını əldə edərək onları hədələyən hakeri saxlayıb.

Yenicag.az xəbər verir ki, onun “Instagram”da vətəndaşlardan yaxınlarının başqa şəxslərlə yazışmalarını ələ keçirməsi müqabilində müxtəlif məbləğlərdə ödəniş aldığı, habelə səhifəyə müraciət edənlərin mobil telefonlarına müdaxilə edərək özəl foto və video görüntülər əldə etdiyi müəyyən edilib. Şübhəli həmin görüntülərin rüsvayedici formada sosial şəbəkələrdə yayılmaması müqabilində isə qeyd edilən səhifələrdə hədə-qorxu ilə vətəndaşlardan əlavə pullar tələb edilib.

Bu, əvvəllər də eyni əməllərə görə məhkum olunmuş Nurlan İsmayılovdur.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Nurlan İsmayılov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600