!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İnteraktiv məsləhət mərkəzinin yaradılması” uğurla icra edilir – ŞURANIN DƏSTƏYİ İLƏ

!Reklam – Yazi

1 iyul tarixindən etibarən Qızılbaş Gəncləri Maarifləndirmə ictimai birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnteraktiv məsləhət mərkəzinin yaradılması” layihəsini uğurla icra etməkdədir.

Yenicag.az xəbər verir ki, 3 ay davam edəcək layihə 1 oktyabr tarixində başa çatacaqdır.

Bu barədə saytımıza təşkilatın sədri Aqil Ələsgər məlumat verib:

“Bu virus ölkəmizin müxtəlif sahələrinə də öz təsirini göstərməkdədir. Eyni zamanda, “evdə qal” kamoaniyasına görə əhali arasında psixoloji gərginlik artmış, yeni çağırışlara adekvat addımların atılması labüd olmuşdur. Beləliklə online xidmətlərin gündəmə gəlməsi günün əss tələblərindən biri olmuşdur.

Hesab edirik ki, belə bir həssas dönəmdə insanlar üçün, xüsusən də tibb sahəsi ilə bağlı online məsləhətlərin, videokonfransların, canlı bağlantıların təşkil edilməsi cəmiyyət üçün faydalı ola bilər. Bu mənada biz “İnteraktiv məsləhət mərkəzinin yaradılması” layihəsini təklif etdik. Şura katibliyi layihəmizi qəbul etdi və dəstəklədi. Hal-hazırda layihə çərçivəsində yaradılacaq maslahat.az saytında tamamlanma işi gedir. Sentyabr ayında saytı geniş ictimaiyyətə təqdim edəcəyik”.

www.yenicag.az

236
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv